Uzun məsafələrə maşın sürərkən, gözləriniz yumulur? Bir-iki saniyəlik gözünüzü yumub yorğunluğu aldatmaq istəyirsiniz? Qətiyyən bunu etməyin. Onun yerinə 16-illik staja malik tır sürücüsünün məsləhətlərinə qulaq asın.
Qoxu
Yola çıxmazdan əvvəl qızarmış günəbaxan tumu və limon götürün. Diş arasında sınan tumun çıqqırtısı diqqətinizin yayınmasının qarşısını alacaq.
Ya da limonu dilimlərə bölərək mütəmadi olaraq onu iylə. Onun qoxusu mürəkkəb vəziyyətlərdə diqqəti cəmləşdirmək bacarığına cavabdeh olan hipotalamusu stimullaşdırır.
Tək sürmə
Adətən qəzaya tək olan sürüclər düşür. Məsləhətdir ki, yanında həmişə ayıq bir insan olsun. Əgər yuxu səni yox, onu aparırsa, ondan arxa oturacağa keçməyi xahiş et. Çünki yatan insana görüntüsü yuxuladır. Bu fenomen əsnəməyə bənzəyir: biri əsnədikdə, sən də bunu edirsən.
Mahnı qoş
Sükan arxasında yatmamaq üçün mahnı qoş. Amma çalış ki yüksək səsdə qulaq asmayasan. Çünki bu sinir sisteminə mənfi təsir edir. Bundan əlavə, mahnıların anlamadığın dildə olması zəruridir.Çünki başa düşdüyün mahnı yuxu gətirir. Bu zarafat deyil, alimlərin apardığı araşdırmaların nəticəsidir.
Saatda 15-20 dəqiqə fasilə etməklə musiqiyə qulaq as. Səsin varsa, özün də oxuya bilərsən. Bunun effekti daha güclüdülr.
İçkilər
Yolda yatmamaq üçün nə içmək lazımdır? Əgər musiqi artıq bezdirir və yol yoldaşın yoxdursa, yol qırağında olan kafelərdən birindən böyü fincan soyuq şirə sifariş et. Kofe, energetik və s. bunlar insanı rahatlaşdırır, soyuq içki isə bədəndə gedən bütün prosesləri fəallaşdırır.