Hansı avtomobil istehsalçıları pandemiyadan zərərsiz çıxıb?

Dünya avtomobil sənayesinin böhran keçirdiyi 2021-ci ili lüks avtomobil istehsalçıları artımla başa vurublar.

Avto1 dəq oxu
Hansı avtomobil istehsalçıları pandemiyadan zərərsiz çıxıb?

“Rolls Royce” ötən il 5586 avtomobil satıb.

Gent.az xəbər verir ki, bu, firmanın tarixində ən yüksək göstəricidir. Şirkətin ən çox satılan “Ghost” modelinin dəyəri 300 000 avrodan yuxarıdır.

Bundan başqa, “Bentley” 14 659, “Lamborghini” isə 8405 ədəd avtomobil sata bilib.

Standart avtomobillərə gəlincə, dünyada ötən il detal qıtlığına görə istehsal təxminən 8 milyon ədəd azalıb.(apa)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan