İşlənmiş akkumulyatorların təhlükəsiz utilizasiyası üçün yeni qayda
Martın 1-dən etibarən Rusiyada bütün hüquqi şəxslər işlənmiş akkumulyatorları təhlükəsiz utilizasiya üçün Federal ekoloji operatora təhvil verməli olacaqlar.

Artıq tariflər də müəyyən edilib.
Gent.az xəbər verir ki, hökumətin qərarında göstərilir ki, hüquqi şəxslər öz fəaliyyətləri zamanı yaranan turşulu akkumulyator tullantılarını II kateqoriya təhlükəsinə aid edilən tullantı kimi təhvil verməlidirlər.
Yeni qayda bu tullantıları özləri emal edə bilən şəxslərə şamil edilmir.
Əhaliyə gəldikdə isə, akkumulyator qəbulu məntəqələri fəaliyyətlərini köhnə qaydada davam etdirəcək. fiziki şəxslər bu tullantıları məntəqələrə məhdudiyyətsiz təhvil verə biləcəklər.
Qeyd edək ki, Rusiyada son illərdə işlənmiş akkumulyatorların toplanmasından qəbul məntəqələri kifayət qədər böyük vəsait əldə edib. Bəzi adamlar kəndləri gəzərək bu avadanlığı ucuz qiymətə toplayaraq rayon mərkəzində sataraq qazanc əldə edirlər. Beləliklə, həm bir qrup adam gəlir əldə edir, həm də ekoloji çirklənmə azalır.(avtosfer.az)







