“Honda” bu ölkədə istehsalını dayandırır

Yapon avtomobil markası “Honda” Kanada-ABŞ sərhədində nəqliyyatın kəsilməsi səbəbi ilə Kanadadakı zavodunda istehsalı dayandırdığını açıqlayıb.
Şirkət vəziyyəti "qeyri-sabit" adlandırıb, lakin ABŞ-dakı avtomobil zavodlarının heç birində istehsalı azaltmaq planının olmadığını bildirib.
“Honda” istehsalın nə vaxt normallaşacağı ilə bağlı əlavə açıqlama verməyib.







