Amerika ikonası yenidən doğulur

“Ford” 1996-cı ildə Amerikanın mərkəzində ümumi bir maraqsızlığın fonunda “Bronco”nu təqdim etdi. İndi isə bu model retro dəbinin yüksəlməsi və istehlakçı əhval-ruhiyyəsinin dəyişməsi ilə yeniləndi, canlandı və geri qayıtdı. Son on ildə hər kəs bir nöqtədə “Bronco”ya və onun nəyi simvollaşdırdığına aşiq oldu. “Ford” da bundan istifadə etməyi bacardı.
Yeni “Land Rover Defender” kimi yeni “Bronco” da adi bir retrodan daha artıqdır. Onun tam möhkəm iki və dörd qapılı 4x4 versiyası “Bronco Sport”un yanında təqdim ediləcək.
“Ford” “Bronco”nun dizaynını təsvir etmək üçün “irsdən ilhamlanıb” ifadəsini istifadə etdi, bu da onu göstərir ki, əsas qaynaq 1965-ci ildəki orijinal versiyadır.
Bu maşın 56 il sonra belə bizi ovsunlayan “Ford Mustang”ı hazırlayan qrup tərəfindən hazırlanıb.
Avtomobilin ön və arxa çıxıntıları qısadır, 33,6 düym dərinliyə qədər suyun içindən keçə bilər.
Mühərrik baxımından usta yeni “Bronco” 2,3 litrlik əla dörd silindrli “Ecoboost” ilə təchiz olunmuşdur. Avtomobildə on pilləli avtomatla yanaşı, yeddi pilləli mexaniki sürət qutusu da mövcuddur.
Maşın Off-road ekskursiyalarında “GOAT” – “Bütün ərazini aşın” (Go Over All Terrain) adlı bir sistemlə idarə ediləcək. Bu sistem qum, palçıq da daxil olmaqla 7 rejimdən ibarətdir. Qısaca, maşın tam olaraq “Off road” maşınıdır.
Avtomobilin qiyməti isə ABŞ-da 29, 995 dollardır.







