Ölkəmizdə IVECO avtobusları yığıla bilər

Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı nəzərdə tutulur.

Avto1 dəq oxu
Ölkəmizdə IVECO avtobusları yığıla bilər

Qeyd olunan məsələyə dair müzakirələr naziri Mikayıl Cabbarovla “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti arasında aparılıb.

Gent.az xəbər verir ki, tərəflər həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini də müzakirə ediblər.

Naziri Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, zəngin təbii resursları barədə məlumat verib, biznes üçün geniş imkanları vurğulayıb.

Öz növbəsində, R. Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri və investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılan sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.(avtosfer.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan