Ötən ay Gürcüstandan Azərbaycana nə qədər avtomobil gətirilib?

Bu ilin yanvarında Gürcüstandan Azərbaycana 21 804,44 min ABŞ dolları dəyərində 2 390 avtomobil gətirilib.

Avto1 dəq oxu
Ötən ay Gürcüstandan Azərbaycana nə qədər avtomobil gətirilib?

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Gent.az xəbər verir ki, ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 7 628,18 min dollar və ya 54%, sayı isə 361 vahid və ya 18% artıb. Belə ki, 2021-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 14 176,26 min dollar dəyərində 2 029 avtomobil ixrac edilib.

Hesabata əsasən, bu ilin yanvarında Gürcüstan ümumilikdə 80 236,6 min dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 46,8% çoxdur.(APA)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan