“Mercedes-Benz” şirkəti də Rusiyadan üz döndərdi

Avto1 dəq oxu
“Mercedes-Benz” şirkəti də Rusiyadan üz döndərdi

“Mercedes-Benz” şirkəti də Rusiyaya minik avtomobillərinin çatdırılmasını və bu ölkədə istehsalını dayandırmağa qərar verib.

Bu barədə şirkətin tviter səhifəsində məlumat verilib.

Məlumatda “Mercedes-Benz” şirkətinin niyə bu qərarı almasının səbəbləri açıqlanmır.

Almaniyanın “Handelsblatt” qəzeti hələ fevralın 28-də “Mercedes-Benz” konserninə daxil olan yük maşınları istehsalçısı “Daimler Truck” şirkətinin Ukraynada baş verən hadisələrə görə Rusiyanın “Kamaz” şirkəti ilə bütün əməkdaşlığı dayandırması barədə xəbər yayıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan