Cənubi Koreyanın “Hyundai Motor Group” istehsalçısı “addımlayan pilotsuz uçan aparat” konseptini təqdim edib.
Gent.az xəbər verir ki, aparat həm təkərlər, həm də “dörd ayaq” üzərində addımlayaraq hərəkət edir.
“TIGER X-1” (Transforming Intelligent Ground Excursion Robot) adlanan yeni aparat kompakt olduğundan dron vasitəsilə rahatlıqla daşına bilər. Robotu “Hyundai” şirkətinin Kaliforniya bölməsi hazırlayıb.
Mlumata görə, şirkət hazırkı prototipi 5 il ərzində satışa hazır qurğuya çevirmək niyyətindədir. Yaxın iki ildə əsas texniki problemlər həll edilərək baza dizaynının hazırlanması nəzərdə tutulur. 2023-2024-cü illərdə isə məhsulun ilk beta versiyalarının işıq üzü görəcəyi gözlənilir.
Modullu arxitektura platformasına əsaslanan “TIGER X-1” kələ-kötür yollarda yerimək üçün “ayaq”lar və hamar səthlər üzərində hərəkət üçün təkərlərin daxil olduğu hibrid hərəkətlilik sisteminə malikdir. Bu halda sistem yolda maneə ilə qarşılaşdığı zaman “addımlama” rejiminə keçir. Robot, məsələn, kiçik yüklər daşıyarkən və ya müşahidə apararkən istənilən istiqamətdə hərəkət edə bilir.