“KamAZ”ın rəsmi “YouTube” kanalında perspektivli elektrikli avtomobil olan "Kama-1" layihəsinin detalları yayımlanıb. Gent.az xəbər verir ki, videoda ən diqqət çəkən detal sükana quraşdırılmış planşet olub.
Görüntülərdə görünür ki, planşet oriyentasiyasını sükanın manevri zamanı da qoruduğu üçün, sürücünün rəqəmsal paneli izləməsində heç bir problem yaşatmır.
Bir çoxlarını daha bir sual da maraqlandırır: bəs təhlükəsizlik yastığı hardadır?
Hava yastığı, yuxarı hissədə olan kulək şüşəsinin ətrafında olan tavan üzlüyünün altına yerləşdirilib.
“Kama-1”in təqdimatı 2020-ci ilin dekabr ayında keçirilib. Elektrikli smart-krossoveri, sənaye tərəfdaşı “KamAZ” olan Sankt-Peterburq politexnik universiteti tərəfindən hazırlanıb.
Avtomobilin uzunluğu 3.4 metr, salonu isə 4 nəfər üçün nəzərdə tutulub.
Enerji ehtiyatı 80 kilovat olan elektromotorun gücü 160 kVt (218 l.s.) artırıla bilər, və o 250 kilometr yol qətetmə gücünə malikdir.
Namiq Musayev