İngiltərədə şirkət saytlarının birində hidrogen yanacağı ilə işləyən yeni avtomobil layihəsi nümayiş edilib. Gent.az-ın məlumatına görə, layihə "ZERRO” (Zero Emission Rapid Response Operations – sıfır səviyyəli tullantıya malik təcili xidmət) adlanır.
Layihənin məqsədi gələcəkdə bu ölkədə təcili yardım maşınlarının 92 kilovat/saat tutumlu batareya, yanacaq elementləri və 8 kiloqram həcmli balonla təchiz olunmasıdır.
Mühəndislərin dəyərləndirməsinə görə, göstərilən yanacaq ehtiyatı 320 kilometr məsafəni qət etməyə kifayət edəcək. Rəsmi təqdimat payıza planlaşdırılan hidrogenli təcili yardım maşınının yükqaldırma qabiliyyəti 900 kiloqram təşkil edir və o 145 km/saat sürətlə hərəkət edir.
Namiq Musayev