“Audi”dən daha bir yenilik - FOTO

Avto1 dəq oxu
“Audi”dən daha bir yenilik - FOTO

“Audi”nin aktivində artıq iki elektrikli avtomobil var: “e-tron” krossover və “e-tron Sportback”. Gent.az xəbər verir ki, indi ailəyə daha bir “e-tron GT” idman sedanı əlavə edilib.

Yenilik demək olar ki, eyni adlı “konsept-car 2018”in surətinə bənzəyir. Avtomobilin yalnız xarici qapı dəstəklərinə əlavələr edilib, digər hissələrdə isə ciddi dəyişiklik yoxdur.

“Audi”dən daha bir yenilik - FOTO — şəkil 1

Elektrikli sedan “Audi”nin firma üslubunda və “Porsche Taycan”ın “J1” platformasında hazırlanıb. “Audi” iki versiyada təqdim edilib: “e-tron GT” və “RS e-tron GT”.

“Audi”dən daha bir yenilik - FOTO — şəkil 2

Hər iki model eyni cür elektrikli mühərriklə təchiz olunub və dörd təkərli sürücü ilə istifadə edilir. Avtomobil 0-dan 100-ə 4,1 saniyəyə sürət yığır, maksimal sürət isə 245 km/saatdır.

“Audi”dən daha bir yenilik - FOTO — şəkil 3

Yenilik öz ölkəsində 99800 avroya, RS isə 138 200 avroya təklif olunur.

Qeyd edək ki, elektromobilin istehsalına 2020-ci ilin dekabrında Almaniyada başlanılıb.

 

 Namiq Musayev

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan