Dünyada, o cümlədən də Azərbaycanda, tez-tez “cip” adlandırdığımız “offroader”lərə maraq böyükdür.
Demək olar ki, hər avtomobil markası bu model maşınları istehsal edir, çünki həddindən artıq çoxdur.
Alfa Romeo Tonale
FİAT və Peugeot Citroen markalarının birləşməsindən sonar “Alfa Romeo”nun gələcəyinə ümid bəsləmək olar. Böyük ehtimal, Karlos Tavares kimi istedadlı strateq milan brendinin yox olmasına imkan verməyəcək.
Markaya ikinci nəfəs gətirilir və bu baxımdan yeni “Tonale” krossoveri - əla startdır. O bir az “crazy”, lakin olduqca “sexy” və “cool”dur.
BMW X8
X7 artıq bavariyalılara azlıq edir. Bu seriyada ən azı daha bir model olacaq. BMW X8 7-ci buraxılışın idman və daha az praktik versiyasıdır. Bizi möhtəşəm bir “nəhəng” gözləyir.
Jeep Grand Wagoneer
Uğursuz “Commander” modelindən sonra “Jeep” deyəsən alıcıların rəğbətini geri qaytarmaq istəyir. Yeni markanın əfsanəvi adı və möhtəşəm dizaynı var.
Hyundai Tucson
Yeni modelində Koreya brendi epataj dizayna üstünlük verib. Onları hardasa başa düşmək olar. Dünya müasirləşirsə avtomobilin görünüş də geri qalmamalıdır.
Infiniti QX60
Bu yeddiyerlik krossoverə ümidlər böyükdür. Brendin özü də onları doğrultmaq üçün əlindən gələni edib. Əsas odur ki, alıcıların rəyi müsbət olsun.
Lada Niva
“Niva” sevdalılarına şad xəbərimiz var. Bu il restaylinq edilmiş yeni “Lada Niva” işıq üzü görəcək. Görək Bakıda və Azərbaycanın digər bölgələrində bu avtomobili görə biləcəyikmi?
Nissan X-Trail
Yapon brendin artıq ABŞ-da təqdim edilib. Okeanın o tərəfində avtomobilin adı “Nissan Rogue”dur. Yəni “bandit”. Elə üzdən də avtomobil “cinayətkara” bənzəyir. İlin ikinci yarısı buralara gəlib çıxacaq.
Nissan Qashqai
2000-ci ilin ortalarında bu marka şəhər krossoverləri arasında inqilab etmişdi. Düşünürük ki, yeni modelin də dizaynı təkamül edəcək, keyfiyyəti artacaq.
Məntqilidir, çünki bu markanın ən gəlir gətirən modeli sayılır. Yeri gəlmişkən “Nissan Qashqai” əsasən İranın Şiraz bölgəsində yaşayan köçəri soydaşlarımızın şərəfinə adlandırılıb.
VW ID4
Bu Volfsburqlu markanın ilk elektrokrossoveri olacaq.
Məhz onun uğuru (və uğursuzluğu) bəşəriyyətin nə zaman elektrik avtomobillərə keçəcəyini müəyyən edəcək.