Bezdirivc dəlikdən qorunmaq, lak vasitəsi ilə şüşə təmiri və digər tövsiyyələr!
Əlbəttə ki sən arıtq diş pastası ilə faraların təmizlənməsi və oturacaq qızdırıcı ilə yeməyi isti qaldığı barədə eşitmisən. Lakin layfhak ustalarının həmişə yeni tövsiyyələri olur.
Başladıq!:
Mərkəz konsol ilə oturacaq arasında porolon
Ön oturacaqlar mərkəzi konsol arasındakı boşluq o qədər də enli deyil. Amma ora nə qədər açar, alışqan, plastik kartlar və s. düşüb. Ora düşən əşyanı çıxartmağın nə qədər yorucu və əsəbi iş olduğunu yaxşı bilirik.
Bunun qarşısını almaq üçün bir parça porolon və ya süngər kəsib həmin aranı örtmək yetərlidir.
Ban panelinin təmiri üçün dırnaq lakı
Əlbəttə ki, bu cür təmirlər səni avtomobillər arasında keçirilən gözəllik yarışmasına buraxmayacaqlar, ama banda olan cızıqları boş buraxmaqdansa, laklamaq daha məsləhətlidir. Birincisi – 2-3 metr məsafədən uyğun rəngli lakla boyanan yerlər gözə çarpmır. İkincisi – bununla sən detalın paslanmasının qarşısını alırsan. Kapital təmirə pul yığanadək bu ən optimal çıxış yoldur.
Şüşəlrin təmiri üçün dırnaq lakı
Bəli, bu dəfə də köməyimizə lak gəlir və yenə də bu müvəqqəti tədbirdir. Lakin çox səmərəlidir. Ön şüşədə olan çat və sınıqların bir pis xüsusiyyəti var – onlar getdikcə böyüyür və artıq çat toruna çverilir. Bunun qarşısını almaq üçün çatı və ətrafını çirkdən təmizlə və ora bir az lak vur. Böyük ehtimal çatın böyüməsi dayanacaq.
Qaraj üçün tennis topu
Parkovka qabiliyyətlərinə əmin olmayan qaraj sahiblərinin yeganə çıxış yoludur. Sadəcə olaraq, tennis topuna dolanmış simi qarajın tavanına elə bağla ki, maşını içəri salarkən top ön şüşəyə dəysin. Artıq hər dəfə qaraja sürəndə maşını harda saxlayacağını biləcəksən.
Donmuş kilidlərin əridilməsi üçün sanitayzer
Hal-hazırda biz onu pandemiya ilə mübarizədə istifadə edirik. Lakin karantin bitdikdən sonra onu sanitayzeri çölə tullamağa tələsmə. Əsasən də spirtlisini. İyi pis olsa da, qışda kilidlərinin donunu peşəkarlıqla əridir.
Əzikləri düzəltmək üçün vantuz
Bəli, məhz vantuz. Lazımi qabiliyyət olduqda bu alət balaca əzikləri təmir etmək üçün yarayar. Ən azından bilirsən ki, bundan pis olmayacaq.
Əllərin yanmasının qarşısını alan çevrilmiş sükan
Qızmar aya günlərində maşını açıq havada qoyub, sonra ona oturub sürmək istəyəndə hamımız bu cəhənnəm ağrılarını keçirmişik.
Tutmadınız? Söhbət günün altında közə dönmüş sükanın üst hissəsindən gedir. Bunun qarşısını almaq üçün, avtomobili tərk etdikdə sükanı 180 dərəcə çevirin.
Qayıdıb sükanı normal vəziyyətə gətirdikdə qzmış hissə alta qalacaq. Amma ehtiyatlı olun - qarnınız çox yekədirsə, artıq yanan o olacaq...