Niderlandda hazırda 5000 elektrikli avtobus xəttə buraxılıb. 2030-cu ildə Avropada dizellə işləyən avtobusların istehsalı dayandırılacaq.
Gent.az xəbər verir ki, Avropada ilk dəfə 2013-cü ildə elektirikli avtobusu hərəkət cədvəlinə daxil edən ölkə Niderland olub. Həmin ilin yazında Friesland əyalətinın ictimai nəqliyyat orqanı ilk dəfə elektirikli avtovus xəttə buraxıb. Həmin avtobus 2016-cı ilin sonuna qədər Frislandda istifadə edilib.
Daha sonra Niderlandda 2018-ci ilin sonunda daha 360 elektrikli avtobuslar xəttə buraxılıb, 2019-cu ilin sonunda isə bu rəqəm artıq 770-ə yüksəlib. Hal-hazırda Niderlandda 5 mindən çox elektrikli avtobus var. Bu isə ölkə üzrə ümumi avtobusların 15% -ni təşkil edir. Təkcə 2020-ci ilin sonunda Niderland hökuməti təxminən 1400 yeni elektrik avtobusu alıb . Avropa 2016-cı ildə ətraf mühitin qorunması ilə bağlı bir razılaşma imzalayıb. Razılaşmanın şərtlərinə əsasən isə
2030-cu ildən etibarən artıq Avropada dizel avtobusları işləməyəcək. Hazırda Niderlandda ən çox istifadə edilən elektrikli avtobus Çin və Fransanın ortaq istehsalı olan Ebusco buslarıdır.
Təmiz hava, səssizlik Avropa insanının gələcəkdə görmək istədiyi dünyada çox vacib şərtlərdir. Elektiriklə işləyən avtobuslar da həm ətraf mühiti qoruyur, həm də hərəkəti çox səssizdir. Elektrik ilə işləyən avtobuslar rahat və təbiətin dostu olduqları kimi əslində ilk başlarda bəzi problemlər də yaşadıb sürücülərə.
Çünki onlar dizel avtobusları sürməyə alışmışdılar, əvvəlcə elektrikə keçməyi öyrənməli oldular. Bu çox fərqli idi onlar üçün. Yeni avtobuslar topladıqları enerji ilə 3 saat fasiləsiz hərəkətdə ola bilirlər, daha sonra sürücülər sərnişinləri narahat etmədən avtobusları yenidən şarj etmək məcburiyyətindədirlər.
Hədəflər yüksək olsa da Avropanın İqtisadiyyat Departamenti önümüzdəki iki il ərzində Avropanın elektrikli avtobuslar ilə təminatının korona böhranı ilə əlaqədar yavaşlayacağını proqnozlaşdırır. Çünki pandemiya səbəbindən birlik daxilində təxirə salınmış tenderlər, gecikən sifarişlər bunu deməyə əsas verir.(RealTv)