Brüssel və Pekin Avropa İttifaqının (Aİ) Çindən gələn elektrik mühərrikli avtomobillərə tətbiq etmək niyyətində olduğu gömrük rüsumları ilə bağlı ilkin danışıqlar üçün “yol xəritəsi” haqqında razılığa gəliblər.
Gent.az -ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Avropa Komissiyası hesab edir ki, Çin elektromobil istehsalçıları dövlətdən əhəmiyyətli subsidiyalar alır və bu da onlara rəqiblərinə nisbətən elektrik mühərrikli avtomobilləri daha aşağı qiymətə təklif etməyə imkan yaradır. Beləliklə, ixrac edilən ucuz Çin elektrik mühərrikli avtomobilləri Avropa İttifaqında elektrik mühərrikli avtomobil istehsalçıları üçün rəqabətdə ciddi problem yaradır.
Bununla əlaqədar Avropa Komissiyası Çindən ixrac edilən elektrik mühərrikli avtomobillərə əlavə gömrük rüsumları tətbiq etmək niyyətini açıqlamışdı. Pekin isə buna etiraz edir, atılacaq addıma cavab olaraq Avropa İttifaqından Çinə idxal edilən ucuz donuz əti ilə bağlı araşdırmalara başlayacağını bəyan edib. Çin Avropa İttifaqından idxal edilən benzin mühərrikli avtomobillərə də əlavə vergi tətbiq etmək niyyətini bəyan edib.
Qeyd edək ki, Çinə bazarı Almaniya avtomobil istehsalçıları üçün önəmli olduğuna görə Berlin Çin elektrik mühərrikli avtomobillərinə əlavə gömrük rüsumlarının tətbiqini təxirə salınmasını vacib sayır.