Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar?

Avto2 dəq oxu
Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar?

Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar? — şəkil 1Dünyada elə şeylər var ki, yalnız diqqət yetirdikdə insanın beynində sual yaradır. Bunlardan biri yük avtomobillərinin arxa təkərlərinin qaldırılması ilə bağlıdır.

Bunu nə üçün edirlər? Nə məqsəd daşıyır? Bəlkə bunlar ehtiyyat təkərləridir və ya maşının nasaz olmasına işarədir?

Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar? — şəkil 2

Əlbəttə ki, heç biri. Və bu adi “qaldırılmış təkərlər” deyil! Bu hətta ada layiq görülmüş bir mexanizmdir. Sürücülər buna “ərincək” deyir.

Çünki yük avtomobilinin nə qədər çox oxu olsa, o qədər çox yük götürə bilər.

Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar? — şəkil 3

Məsələn, bir sıra ölkələrdə, yük maşının hər oxunun payına 7-7,5 ton yüklənmə düşür. Beləliklə, ikioxlu avtomobil 15 tondan çox yük daşıya bilməz. Lakin üçoxlu maşın isə 20 tondan çox apara bilər. Məhz bu zaman ərincəyin vasitəsi ilə ikioxlu yükmaşını üçoxluya dönüşür.

Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar? — şəkil 4

Əlbəttə ki, üçox “ağzınacan” yüklə dolu maşın üçün zəruridir. Boş olanda isə avtomobil dörd təkərdə daha rahat gedir. Beləliklə gedişat keyfiyyəti yüksəlir, yanacaq israfı isə əksinə azalır.

Qeyd etmək lazımdır ki, bu “ərincəklər” həm avtomatik yükün çəkisini müəyyən edərək işə düşə bilir, həm də sürücü tərəfindən qoşula bilir.

Nəyə görə yük avtomobillərinin arxa təkərlərini qaldırırlar? — şəkil 5

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan