Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, prospektdə avtomobillərin hərəkətinə bir müddət davam edən təmir işləri ilə əlaqədar məhdudiyyət qoyulmuşdu.