“Lada Niva” avtomobillərinin mühhərik gücü artırılır.
Gent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə “AvtoVAZ”ın rəhbəri Maksim Sokolov açıqlamasında bildirib.
“Həmçinin məşhur modellərin yenilənməsi, o cümlədən Niva ailəsində daha müasir 1,8 litrlik mühərrikin təqdim edilməsi planlaşdırılır”, - top menecer deyib.
Sokolov yeni mühərrikli avtomobillərin dilerlərə tam olaraq nə vaxt gəlməyə başlayacağını isə açıqlamayıb.