Latviya artıq Ukraynaya sərxoş sürücülərdən müsadirə edilmiş ümumi məbləği 2,25 milyon avro olan avtomobilləri verib.
Gent.az xarici KİV-ə istinadla bldirir ki, bu barədə Latviyanın Dövlət gəlirləri xidməti məlumat yayıb.
Keçən il Seym yekdilliklə Ukraynanın mülki əhalisinə dəstək haqqında qanuna Latviya dövlətinə məxsus avtomobillərin Ukraynaya verilməsinə icazə verən dəyişiklikləri qəbul edib.
Belə avtomobillərə sərxoş halda sükan arxasına keçən sürücülərdən müsadirə edilən nəqliyyat vasitələri daxildir.
Nəticə etibarı ilə, qanuna yuxarıda qeyd olunan dəyişikliklər qüvvəyə mindiyi vaxtdan hökumət müsadirə edilmiş avtomobillərin Ukraynaya verilməsi ilə bağlı bir neçə qərar qəbul edib.
Ümumilikdə Ukraynaya 2,25 milyon avro dəyərində 612 avtomobil verilib.