Bildirilir ki, koreyalı alimlər insanın dərisinə bərkidilə bilən elastik OLED ekranlar hazırlayıblar.
Gent.az xəbər verir ki, yeni texnologiya əsasında hazırlanmış daşınan həllər real vaxt rejimində nəbz və digər biometrik məlumatları izləməyə və göstərməyə imkan verəcək.
Tədqiqatın nəticələri “Science Advances” nəşrində dərc edilib. Dünyada ilk dəfə elastik ekranlar əsasında işləyən məhsulların işi əyani nümayiş etdirilib.
“Samsung Advanced Institute of Technology” elmitədqiqat bölməsi tərəfindən hazırlanmış yeniliklər "fotopletizmoqrafiya" sensoruna malik yeni tip matrislərin uğurlu inteqrasiyasını nümayiş etdirir. Tədqiqatın müəllifi Yun Yanq Сunun sözlərinə görə, texnologiya böyüklər, uşaqlar və hətta körpələr, həmçinin müəyyən xəstəlikləri olan pasiyentlər üçün tətbiq oluna bilər.