Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi “Starlink” peyk internet xidmətinin ölkədə fəaliyyətə başlayacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Gent.az xəbər verir ki, Nazirlik mənbələri açıqlamasında deyiblər:
“Belə bir məsələ gündəmimizdə yoxdur. Starlink mövzusu hazırda müzakirə olunmur.”
Qeyd edək ki, bundan əvvəl yayılan iddialarda “Starlink”in Türkiyə qanunvericiliyinə uyğun fəaliyyət göstərmək üçün yerli bir şirkətlə əməkdaşlıq quracağı və nəzarətli internet infrastrukturu yaradacağı bildirilirdi.


