"Oxford University Press" tərəfindən aparılmış yeni tədqiqat göstərib ki, süni intellekt alətləri yeniyetmələrin idrak proseslərinə aktiv təsir göstərir — onlar daha sürətli düşünməyə başlayırlar, lakin analitik düşünmə dərinliyi azalır.
Gent.az xəbər verir ki, "Business Insider" nəşrinin məlumatına görə, tədqiqat avqust ayında Böyük Britaniyada 13–18 yaş arası 2000 şagird arasında keçirilib. Respondentlərin təxminən 80%-i etiraf edib ki, ev tapşırıqlarını yerinə yetirərkən süni intellektdən istifadə edirlər və bu, onlara mürəkkəb məsələləri daha tez həll etməyə kömək edir.
"Educational Neuroscience Hub Europe" direktoru və hesabatın həmmüəllifi Erika Galea bildirib ki, müasir şagirdlər artıq süni intellektlə “birgə düşünməyə” başlayırlar — onlar daha çevik və sürətli olurlar, lakin müstəqil düşünmə qabiliyyəti zəifləyir.


