Alimlər uzun müddət Bluetooth qulaqlıqlardan istifadənin tiroid düyünlərinin yaranması ilə əlaqəli ola biləcəyini bildiriblər.
Gent.az xəbər verir ki, aparılan müşahidələrə əsasən, qulaqlığın tiroid vəzinə nə qədər yaxın yerləşməsi düyün yaranma riskini bir o qədər artırır.
Mütəxəssislərin sözlərinə görə, bu risk xüsusilə uzunmüddətli və fasiləsiz istifadə zamanı daha qabarıq şəkildə özünü göstərə bilər. Tədqiqatçılar qeyd edirlər ki, əldə olunan nəticələr hələlik müşahidə xarakteri daşıyır və mövzunun daha dərindən araşdırılmasına ehtiyac var.
Qeyd edək ki, tiroid vəzi boyun nahiyəsində yerləşən və orqanizmin maddələr mübadiləsinin sürətini tənzimləyən mühüm orqandır. Həkimlər ehtiyat tədbiri olaraq Bluetooth qulaqlıqlardan istifadə müddətinin məhdudlaşdırılmasını və mütəmadi tibbi müayinələrin aparılmasını tövsiyə edirlər.


