Bu gün İstanbulun Atatürk Beynəlxalq Hava Limanında “Teknofest” – Aerokosmik və Texnologiya Festivalının açılışı olub.
Gent.az xəbər verir ki, “Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Teknofest” tədbirində milli pavilyonumuzda 11 Azərbaycan startapı nümayiş etdirilir. “Zəfər yolu” kosmik stansiya modeli, “Idrak Technology Transfer”in layihələri, “Zərbə”, “İqlime”, “Safee Bike”, “Viastellar”, “HealWith”, “SmogFree”, “Battle of Bots”, “Smart Parking IoT” və “GSM Smart Electric – AMR ST 13” startap məhsulları bu sırada yer alır. Startaplarımız kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edir. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank milli pavilyonumuzu ziyarət edib, Azərbaycan startapları ilə tanış olub. Qeyd edək ki, “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı sentyabrın 26- da başa çatacaq.
2
Azərbaycan startapları haqqında ətraflı məlumat:
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdinin festivalda nümayiş etdirilən “Zəfər yolu” kosmik stansiya modeli əsas idarəetmə modulundan, teleskopik strukturlu sistemdən ibarətdir.
Əlavə sfera formalı hissələr isə stansiya kosmosa göndərilən zaman bir-birinin daxilində yerləşir. Lazımi hündürlük əldə edildikdə qeyd olunan teleskopik strukturlu mexanizm işə düşüb stansiyanı işlək vəziyyətə gətirir. Gələcəkdə tələbata uyğun olaraq əlavə modullar ümumi sistemə heç bir problem olmadan inteqrasiya oluna bilir. Bu imkanı standart birləşmə mexanizmi verir, enerji tələbatı isə tam olaraq stansiyanın əsas modulunda və kürə modullarının üzərində yerləşən günəş panelləri tərəfindən ödənilir. “Idrak Technology Transfer”in təqdim etdiyi “Agro Dron” kənd təsərrüfatı təyinatlı olmaqla 40 dəqiqə ərzində verilmiş təyinatlar və koordinatlar üzrə ərazinin şəklini çəkə və dərmanlaya bilir. “Ağıllı lövhə” elektron lövhə interaktiv ekrandan (touchscreen), video proyektordan, kompüterdən və xüsusi proqram təminatından ibarət olan cihazdır. “Ağıllı Sayğac” “Smart Meter” AMI çərçivəsində (Advanced Metering Infrastructure) olan ağıllı sayğaclardır.
Bu sayğaclar Ümumdövlət İntellektual Ölçmə İnfrastrukturunun yaradılmasının, istənilən növdə (elektrik, su, qaz) sayğacın vahid şəbəkəyə birləşdirilməsinin əsasını qoyacaq. “Ağıllı eynək” görmə qüsuru olan insanların həyatının asanlaşdırılmasına xidmət edir. Hazırda eynək mətndən nitqə və nitqdən mətnə çevirə bilir. “İki displeyli tablet” elektron dərsliyin proqram modullarının və elektron dəftərin interfeyslərinin göstərilməsi üçün tablet kitabçasıdır. “Zərbə” layihəsi Hərbi Hava Qüvvələrinin taktiki və strateji təlimlərinin aparılması, həmçinin hərbi əməliyyatların ssenarisinin Virtual Reallıq şəraitində yoxlanılması üçün inkişaf etdirilir. Zərbə kompleksi birdən çox pilot üçün olduqları yerdən asılı olmayaraq müştərək təlimləri həyata keçirmək, həmçinin uçuşlar ediləcək ərazinin əvvəlcədən öyrənilməsi üçün imkanlar yaradır. Kompleks Virtual Reallığa əsaslanan proqram təminatı və 3 ox ətrafında dönə bilən kapsuladan ibarətdir. “İqlime” layihəsi çərçivəsində təqdim olunan “İqlime” 1.0 cihazı xarici simli sensor vasitəsilə havanın temperatur və rütubətini ölçür. Bu göstəricilər mobil şəbəkə (GPRS) vasitəsilə istifadəçinin şəxsi hesabına ötürülür. “İqlime” 2.0 cihazına çoxlu sayda müxtəlif tip simsiz sensorlar və “Wi-Fi” kamera qoşulur. Hazırda 2 tip sensor var: hava temperatur/rütubət sensoru və torpaq nəm
3
Sensorlar oxuduqları məlumatı qoşulduqları ana cihaz vasitəsi ilə istifadəçinin şəxsi hesabına ötürür. “Safee Bike” isə velosiped istifadəçilərinin təhlükəsizliyi üçün hazırlanmış yenilikçi və patentləşdirilmiş bir işarə proyektoru konsepsiyasıdır. “Safee” ilə velosipedçi müvafiq xəbərdarlıq işarələrini öz bel nahiyəsinə əks etdirə bilir. “Viastellar” həlləri kiçik peyklərin (CubeSat, Pocketsat) dizayndan başlayaraq kosmosa buraxılışa qədər (Roskosmos, SpaceX) hazırlanması və istehsalına əsaslanır. Şirkətin texnologiyasının özəlliyi icad edilən optikadır. Bu günə qədər 3U peyk ölçüsündə 2 metrə qədər (GSD @500km) görüntü keyfiyyətinə nail olunmuşdur. Festivalda 3U peykinin yarı modeli (korpus v batt) nümayiş olunur. “HealWith” süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. “HealWith” müəyyən mənada “cib aqronomu” rolunu oynayır, xüsusilə məhdud imkana malik, sosial təminata ehtiyacı olan insanlara vaxt və büdcəyə qənaət edərək təsərrüfatlarını inkişaf etdirməyə kömək edir. “SmogFree” siqaret qutusu, bu cihazı idarə edən bir cib telefonu proqramı, verilənlər bazası və veb-saytdan ibarətdir. Məqsədi əvvəlcə istifadəçinin vərdişlərini araşdırmaq, sonra isə insan hazır olduqda, seçilmiş bir alqoritmə əsaslanaraq siqaret fasilələri arasındakı vaxtı tədricən artırmaq və nəticədə vərdişini zəiflətmək və siqareti tamamilə tərk etməklə məhdudlaşdırmaqdır.
“LOF studios”ın “Battle of Bots” (Botların Döyüşü) layihəsi kütləvi çoxoyunçulu onlayn bot müharibəsi janrında video oyunudur. Şəhərdə parklanma üçün IoT sistemi olan “Smart Parking IoT” layihəsi 2 yer parklama sensoru, 2 ədəd maşın sensoru, 1 GSM modemdən ibarətdir.
“GSM Smart Electric – AMR ST 13” avtomatik sayğac oxuyucudur.