Niderlandın Maastrixt Universitetinin alimləri süni intellektdən istifadə edən mobil proqramla koronavirusun insan səslərində aşkar edilməsi imkanı ilə bağlı araşdırmaya başlayıblar.
Gent.az xəbər verir ki, araşdırmada Kembric Universitetinin COVID-19 audio tətbiqində 4353 sağlam və qeyri-sağlam iştirakçıdan 893 səs yazısı (308-nin koronavirus testi müsbət çıxıb) təhlil edilib.
Mütəxəssislər qeydləri təhlil etmək üçün insan qulağının səs tezliklərinin dəyişməsini göstərən "Mel-spectrogram" adlı şkaladan istifadə ediblər.
COVID-19 olmayanların səsini digər səslərdən ayırmaq üçün fərqli süni intellekt modelləri hazırlanıb və hansı modelin virusun aşkarlanmasında daha yaxşı nəticələr verdiyi qiymətləndirilib.
Virusun səslə müəyyən edilməsində dəqiqlik 89 faiz təşkil edib.(oxu.az)