Bildirdiniz ki, Sovet dönəmində prezervativə (qoruyucuya) “2 nömrəli rezinotexnik məmulatı” adlandırırdılar? Artıq bilirsiniz.
Bundan əlavə sizə qoruyucular haqqında daha 10 maraqlı faktı təqdim edirik.
1.Müxtəlif ölkələrdə qoruyucuların özünəməxsus ləqəbi var:
Almaniyada onu “parisli”, Fransada “ingilis kapüşonu”, İtaliyada “əlcək”, Livanda “palto”, ABŞ-da “Cimminin papağı”, Cənubi Afrikada isə “fransız məktubu” adlandırırlar.
2. Ümumdünya QİCS-lə mübarizə günü Buenos-Ayresin tarixini əks etdirən 67-metrlik obeliskə dünyada ən böyük prezervativ taxmışdılar. Bu üsulla şəhərin rəhbərliyi gəncləri “XXI-ci əsrin taunu” ilə mübarizəyə sövq etməyə çalışırdı.
3. Bir dəfə Britaniyanın boşanmış ərlər təşkilatının üzvləri etiraz əlaməti olaraq ölkənin baş naziri Toni Bleri prezervativ “atəşinə” tutmuşdular. Qeyd etmək lazımdır ki, etirazçılar əvvəlcədən onları mürəkkəb və unla doldurmuşdular. Nəticədə baş nazir bərbad günə qalmışdı.
4. Qoruyucular həyat xilas edə bilir. Karib dənizində kruiz zamanı içkili olan turist qadın gəmidən dənizə yıxılır. O, bir qutu prezervativ sayəsində boğulmaqdan qurtulur. Qoruyucuları şişirdərək qadın özünə şişirtmə qayığa bənzər bir şey düzəldir. Üç gündən sonra onu başqa bir gəmi xilas edir.
5. Braziliyalı rəssam Adriana Bertini prezervativdən heykəllər və onlara paltar düzəldir.
6. Hindistanın Varanasi şəhərində sari istehsalında gündəlik olaraq təxminən 600 min qoruyucu istifadə olunur. Onlar prezervativləri tikiş dəzgahının məkikinə sürtür və nəticədə avadnlıq daha müntəzəm işləyir.
7. Qaçaqmalçılar sərhəddən qadağan edilmiş preparatlar keçirmək üçün ilk növbədə narkotik vasitələri prezervativlərə doldurur, sonra isə onları udurlar.
8. Yaxın Şərqdə qoruyucuları bir çox sahədə istifadə edirlər. Məsələn, kənd camaatı onlarda su daşıyır; betonların arasında yayırlar ki, su keçirməsin, qazanda qaynayan qətranın içinə atırlar ki, asfalt hamar olsun.
9. Səhrada olarkən amerikalı hərbçilər avtomatın lüləsin qoruyucu taxırlar ki, silahın içinə qum qaçmasın.
10. “Pişiklər” müziklinin artistləri paltarın altına mikrofon taxırlar. Lakin səhnə zamanı onlar çox tərləyirlər. Mikrofonun tərdən xarab olmasının qarşısını almaq üçün onun üzərində qoryucu taxrılar. Beləliklə, bir tamaşa ərzində artistlər təxminən 400 prezervativ istifadə edirlər.