“TikTok” platformasının yaradıcısı Çjan İmin Asiyanın ən zəngin sahibkarları siyahısında irəliləyərək hindistanlı milyarder Mukeş Ambanini geridə qoyub və ikinci pilləyə yüksəlib.
Gent.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” reytinqində qeyd olunub.
Bildirilir ki, 43 yaşlı Çjan İminin sərvəti 92,8 milyard dollara çatıb. Bununla da o, Çinin ən varlı şəxsi mövqeyini daha da möhkəmləndirib.
Mukeş Ambani isə 86,9 milyard dollarlıq sərvətlə siyahıda üçüncü sıraya enib. Asiyanın ən zəngin insanı statusunu isə 117 milyard dollarlıq sərvəti ilə digər hindistanlı iş adamı Qautam Adani qoruyub saxlayır.
“Bloomberg”in son reytinqinə əsasən, dünyanın ən varlı şəxsi yenə də amerikalı milyarder İlon Maskdır. Onun sərvəti 726 milyard dollar olaraq qiymətləndirilir.

