1.Sudan xilas edildikdən bir saat və ya gün sonra da boğulmaq olar.
Həmin insan normal görünə bilər, lakin bir neçə saat və gündən sonra yorğunluq hiss etməyə başlayır, yatır və heç vaxt ayılmır.
Məsələ “ikinci boğulmadadır”. Ağ ciyərlərə az miqdarda su qalsa belə orada ödəm baş verir. Buna görə də boğulmaqdan xilas edilən insanı dərhal xəstəxanaya aparmaq lazımdır.
2. Avtomobildə batdığın zaman dərhal pəncərələri aç
Çünki təzyiq səbəbindən suyun altında bunu etmək olduqca çətindir. Əgər pəncərələri açmaq mümkün deyilsə, onları sındırmağa çalış.
Həmçinin ön yox, böyür şüşələri sındır.
3. Bədənini yaralayan şeyləri çıxarmağa tələsmə
Söhbət barmağa girən tikan və ya mıxdan getmir. Lakin bir şiş, armatur, bıçaq və s. təhlükəli əşyalarla vasitəsi ilə yaralanıbsansa, onları çıxarmağı peşəkarlara həvalə et. Çünki həmin əşyalar güclü qanaxmanın qarşısını alan tıxac rolunu oynayır.
4. Binada yanğın zamanı döşəməyə yaxın olun
Binada yanğından xilas olarkən əyilərək və ya sürünərək hərəkət etmək daha məsləhətlidir. Bu səni tez boğulmaqdan xilas edə bilər. Amma yaddan çıxarma ki, dəm qazı havadan ağır olduğu üçün o da aşağıya çökür. Ona görə də, hansısa bir parçanı isladıb ağiz-burun nahiyyəsini bağlamaq zəruridir.
5. Küknar şirəsi (qatranı) – meşədə köməyə gələcək ilk vasitə
Əgər ağcaqanadla, tikanlı kollarla və sənin qanını içib və ya bədənini cızı-cızıq etməyə çalışan başqa şeylərlə dolu bir meşədəsənsə və əlinin altında “apteçka” yoxdursa, sənin imdadına küknar şirəsi gələ bilər. Bütün yaraları və cızıqları müalicə etməyə məhz o kömək ola bilər.
6. Boğazına nə isə qaçdıqda utanma
Boğulma nəticəsində ölümlərin əksəriyyəti utancaqlıq və etiklik səbəbindən baş verir. Çünki boğulmağa başlayan insan ətrafdakıları narahat etməmək üçün əksər hallarda tualetə və s. yerlərə qaçır. Boğulduğunu gördükdə mümkün qədər səsli şəkildə diqqəti özünə cəlb etməyə çalış. Önündəki qabı və ya fincanı sındır, çəngəl-qaşığı yerə at.
7. Okean sahilin suyun sürətli şəkildə geri çəkilməsi sunami əlamətidir
Bu zaman edilə biləcək ən ağıslız hərəkət, donub dalğaya seyr etməkdir. Təəsüf ki, bir çoxları bunu edir. Pis xəbər odur ki, sunamidən qaçmaq demək olar ki mümkün deyil, çünki o təyyarə sürəti ilə (saatda 800 km) hərəkət edir. Düzdür sahilə çatdıqda bu sürət 10 dəfə azalır, lakin bu da az deyil.
Əgər fəlakət barədə öncədən xəbərdarlıq edilibsə sənin qaçmaq üçün 15-20 dəqiqə vaxtlb var.
8.Fövqəladə hal zamanı liftdən istifadə etmə
Hər bir fövqəladə hal zamanı qətiyyən liftdən istifadə etmə. Çünki bir az çox vaxt alsa da, pilləkənlərlə enmək daha təhlükəsizdir. Binada isə nə isə bir qeyri-ciddi dağındı olduğu zaman tez-tez işıqlar sönür. Bu halda isə sən liftdə qalmalı olursan.
9. Su şüşəsini gün altında saxlama
Söhbət yay istisində ilıq suyun nə qədər dadsız olmasından getmir. Anlaşılandır ki, insanlaı dolanmaq üçün plastik qablarda su satırlar, lakin onun içindən keçən günəş şüaları suda xoşagəlməz reaksiyaya səbəb ola bilərlər.
10. İnsan huşunu itirdikdə onu ayıltmağa çalışma
Belə hallarda onun topuqlarını ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır ki, qan beyinə qayıtsın və insan ayıla bilsin.