Bioloji baxımdan saqqal kişi bədənindəki testosteron səviyyəsinin göstəricisidir.
Əgər sən uzun, səliqəli saqqal buraxıbsansa deməli daha aqressivsən, qarşına qoyduğun məqsədlərə çatmağa meyillisən, cavab verməkdən çəkinmirsən, həmçinin olğun və təcrübəlisən.
Alimlər təsdiq edirlər ki, biznes sahəsində potensial tərəfdaş və rəqbilər saqqalı kişiləri məhz bu cür qiymətləndirir.
Buna görə də danışıqlar zamanı saqqallı insan əks tərəfə daha asan şəkildə təzyiq göstərə bilər, işəgötürən isə belə insanı daha təcrübəli və perspektivli hesab edir.
Lakin, burda bir “əmma” var. Söhbət hər işdən getmir. Məsələn, xidmət sahəsində saqqalı insanlar daha az üstünlüklərə malikdirlər.
Digər araşdırmanın nəticələrinə əsasən, saqqalı kişi (və uzunsaçlı qadın) psixoloji olaraq daha özünəinamlı insan kimi qəbul edilir. Bunun bioloji səbəbləri var. Qədim zamanlarda uzun saqqal və saç döyüş zamanı problemə çevrilə bilərdi.
Çünki rəqib rahat şəkildə onu tutub, qarşısındakını məğlub edə bilərdi. Uzun saqqal və ya saç saxlayan insanlar isə, bununla göstərmək istəyirdilər ki, özlərinə rəqib tanımırlar. Düzdür bizim çağımızda döyüşlərin sayı azalıb, lakin bu amil genetik yaddaşdan silinməyib.
Bundan əlavə, səliqəli saqqal insanın sağlamlığının yaxşı olduğunu göstərir. Hər bir işəgötürən üçün sağlam işçi daha sərfəlidir.
Beləliklə, əgər işlədiyin yerdə saqqal saxlamaq qadağası yoxdursa, bunu rahat şəkildə et. Həmkarlarının fikirlərindən qorxma.
İlk növbədə onlar saqqalınla birgə yaranmış nüfuzunu sual altına qoymağa çalışacaqlar. Lakin bu imtahandan uğurla keçə bilsən karyera inkişafını təmin edə biləcəksən.
Amma unutma ki, saqqal gərək səliqəli və baxımlı olsun. Bu onu göstərir ki, saqqalına baxmaq üçün həm resursun, həm də zamanın var. Başqa sözlə tənbəl yox, məhz uğurlusan.