Sizə bir insanın zarafatına görə bütün ölkənin utandığı hadisələri təqdim edirik.
1.Silvio Berluskoni – İtaliyanın sabiq baş naziri
İtalyanlar Berluskoni haqda, o isə hər şey haqda zarafat etməyi xoşlayır.
Məsələn, 2003-cü ildə Silvio Almaniya parlamenti üzvünə ona konsentrasiya düşərgəsi haqqında filmdə rol almağın yaraşdığını demişdi. Rəngi-ruhu qaçan İtaliya səfiri isə bundestaq sədrindən və digər vəzfiəli şəxslərdən üzr istəməli olmuşdu.
2005-ci ildə isə Berluskoni ölkəsi ilə Finlandiya arasında qalmaqal təhlükəsi yaratmışdı. O, Finlandiya prezidenti Tarya Halonen ilə danışıqlar zamanı pleyboy bacarığından istifadə etdiyini demişdi. Bu etirafdan hiddətlənən fin tərəf hətta İtaliya səfirini ölkədən qovmuşdu.
2009-cu ildə ABŞ-a səfərdən sonra isə i bu sözləri demişdi: “Mən sizə bir insandan salam gətirmişəm... O gənc və yaraşıqlıdır, əla “zaqarı” var və adı Barak Obamadır”.
2. Canet Uilyamson – Böyük Britaniyanın Leyborist partiyasının üzvü
2012-ci ildə C.Uilyamson ölkənin xarici işlər naziri Devid Milibendi və şahzadə Filippi təhqiramiz şəkildə tənqid etmişdi. O, Milibendə kişi olmağı (grow some balls) tövsiyyə etmiş, şahzadənin ünvanına isə “Bu qoca kaftar hələ gəbərməyib?” ifadəsini işlətmişdi.
Bir neçə gündən sonra partiya yoldaşlarının təzyiqi altında Canet üzr istəyərək mikrobloqunu bağlamışdı.
3. Con Makkeyn – 2008-ci ildə ABŞ prezidenti vəzifəsinə namizəd
Con Makkeynin bir müsəlman ölkəsi barədə vərdişi olmasa idi, bəlkədə ABŞ-da heç vaxt qaradərili prezident seçilməyəcəkdi.
2007-ci ildə Cənubi Karolinada senatorun seçicilərlə göüşü keçirilirdi. İştirakçılardan biri İranın nüvə silahı almaması üçün nə etmək lazım olduğunu soruşduqda Makkeyn: “Bilirisiniz, “Beach Boys” rok-qrupunun gözəl bir mahnısı var “İranı bombalayın” deyərək “Bombalayın, bombalayın, bombalayın” deyə mahnı oxumağa başlayır. Yeri gəlmişkən, bu zarafat onun reytinqinə ciddi təsir etmişdi.
4. Karel Şvarsenberq – Çexiyanın sabiq xarici işlər naziri
2011-ci ilin dekabr ayında ölkəsinin parlamentinə üzərində “Putin, yanıma! Otur!” sözləri olan döş nişanı ilə gəlmişdi. Bu Rusiya ilə qalmaqala səbəb olmuşdu.
5. Ferents Dürçan – Macarıstabın sabiq baş naziri
2005-ci ilin fevralında Səudiyyə Ərəbistanın iştirak etdiyi futbol görüşünü şərh edərəkən Dürçan: “Onların rəqibləri, bir çox terroristə sahib komanda ilə yarışır” cümləsini işlətmişdi. Ərəb ölkələri bu barədə müşavirə keçirsə də, hər şey qalmaqalsız ötüşmüşdü. Sadəcə ərəb səfirləri Macarıstanı tərk etmişdi.
6. Yosio Hatiro – Yaponiyanın sabiq iqtisadiyyat və sənaye naziri
Hatiro nazir vəzifəsinə gəldikdə sonra Yaponiya fəlakətlərə düçar olmuşdu. Zəlzələlər, sunami və sonda “Fukusima” nüvə elektrik stansiyası.
Həmin stansiyadan qayıtdıqdan sonra nümayəndə heyətinin içində gözləyən jurnalistlərdən birinin çiyninə toxunan nazir bunu zarafata çevirməyə çalışaraq “İndi də mən sizi radiyasiya ilə yoluxduracam” demişdi. Qeyd etmək lazımdır ki, yapon xalqı bu zarafatı tənqid atəşinə tutmuşdu. Onlar hesab edirdilər ki, Hatiro qəzaya qeyri-ciddi yanaşır. Yaxşıdır ki, onu harakiri etməyə məcbur etmədilər.
7. Şahzadə Filip
Şahzadə Filip Böyük Britaniyanın hüdudlarını tərk etdikdə ölkə diplomatları əli ürəyində əsə-əsə gəzir. Onlar bilirlər ki, şahzadə böyük qalmaqala səbəb olacaq. O millətlərin görünüşü ilə bağlı zarafat etməyi çox xoşlayır.
Məsələn, 1986-cı ildə Çinə rəsmi səfər zamanı britaniyalı tələbələrlə görüşdükdə “Bir az da burda qalsanız, sizin də gözləriniz qıyıq olacaq” demişdi.
1999-cu ildə Uelsin milli assambleyasının açılışında Britaniyanın karlar cəmiyyətinin nümayəndəsi ilə söhbət etməyə çalışan Filipp, yanlarında duran orkestrə işarə edərək, “Karsan? Bunların yanında dursan kar olarsan da” demişdi.
1998-ci ildə isə Papua – Yeni Qvineyada səyahət etmiş tələbəyə isə şahzadə “Nə yaxşı səni yeməyiblər?” sualı vermişdi.
Yeri gəlmişkən, o etdiyi zarafatlara görə heç vaxt üzr istəmir.
8. Ronald Reyqan – ABŞ-ın 40-cı prezidenti
Publikanı əyləndirmək qabiliyyətinə malik olan Ronald Reyqan özünə möhtəşəm karyera qura bilir. Qısa müddət ərzində Hollivud ulduzu ABŞ kimi ölkənin prezidenti seçilir. Yeri gəlmişkən, Kaliforniya ştatının qubernatoru olmuş Reyqan jurnalistin “Siz necə qubernator olacaqsınız?” sualına “Bilmirəm. Mən hələ bu rolu oynamamışam” cavabını vermişdi.
1984-cü ildə isə radiomüsahibədən öncə açıq qalan mikrofon ABŞ və SSRİ arasında nüvə müharibəsinə yol açacaqdı. Çünki kommunizdən nifrət edən və zarafat xoşlayan Ronald “Mənim həmvətənlilərim, hal-hazırda Rusiyanı qanundan kənar qoyan qanun imzaladım. Bu ölkənin bombradman olması 5 dəqiqədən sonra başlayacaq” demişdi. Bu sözləri eşidən minlərlə amerikalı bombaya qarşı sığınacaqlara qaçmışdı.