Rockstar Games şirkəti bütün dünyada məşhur olan Grand Theft Auto (GTA) seriyasının altıncı hissəsini hələ elan etməsə də artıq sosial şəbəkələrdə insayderlər tərəfindən oyunun bəzi detalları barədə məlumatlar yayılıb.
Onlardan ən əsası – oyunun baş qəhrəmanlarından birinin qadın olmasıdır. Texnobloqer Tom Hendersonun fikrincə 1997-ci ildə işıq üzü görən GTA-nın birinci hissəsindən bu yana oyunçular qadın-personajı seçmək imkanı əldə edəcəklər.
Bu personajın oyun süjetinin bir hissəsi və ya sadəcə seçilə bilən personaj olması barədə məlumat verilmir.
Qeyd etmək lazımdır ki, GTA seriyası konsol oyunları sırasında dünyanın ən uğurlu relizləri arasında öz haqlı yerini tutur.
Demək olar ki, bu bəşəriyyətə tanış olan ilk üç oyundan biridir.