Keçmiş "Rockstar North" direktoru Obbe Vermey açıqlayıb ki, "Rockstar Games" əvvəllər GTA oyunları üçün ABŞ-dən kənar şəhərləri ciddi şəkildə nəzərdən keçirib.
Gent.az xəbər verir ki, onun sözlərinə görə, Tokio, Rio de Janeiro, Moskva və hətta İstanbul belə layihələr planları arasında olub.
Qeyd olunur ki, Tokio layihəsi demək olar ki, reallaşacaqdı. Planlaşdırılmışdı ki, Yaponiyada bir studiya "Rockstar" infrastrukturundan istifadə edərək oyunu inkişaf etdirsin, lakin layihə son anda ləğv edildi.
Vermey bildirir ki, Rockstar üçün GTA-nı ABŞ-dən kənar şəhərlərə köçürmək riskli hesab olunur. Şirkət düşünür ki, "Vice City" kimi Amerikan pop mədəniyyətini mərkəzə alan şəhərlər seriyanın əsas kimliyini formalaşdırır.


