"Grand Theft Auto VI" yenidən təxirə salındı.
Gent.az xəbər verir ki, yeni tarix 19 noyabr 2026 oldu.
"Rockstar Games" bu xəbəri "Take-Two" şirkətinin ikinci rüb hesabatında açıqlayıb. Rəsmi bəyanatda qeyd olunub ki, təxirəsalmanın məqsədi “oyunun üzərində daha yüksək səviyyədə bərpa işləri aparmaq və oyunçuların gözlədiyi keyfiyyətə çatmaq”dır.
Xatırladaq ki, GTA VI əvvəlcə 2025-ci ilin payızında satışa çıxmalı idi. Daha sonra tarix 2026-cı ilin may ayına dəyişdirilmişdi. İndi isə oyun 19 noyabr 2026-da yayımlanacaq.
GTA 6-nın bir daha gecikməsi çoxlarını təəccübləndirməsə də, bəzi azarkeşlər bu xəbəri məyusluqla qarşılayıb.


