Belə ki, seriyanın ilk qurğusu 16,1 düymlük "Victus 16" noutbukudur.
Gent.az xəbər verir ki, yeni qurğu onbirinci nəsil "Intel Core" prosessoru üzərində qurulub.
Bu noutbuk yeni dizayn, rəqəmsal bloklu tamölçülü klaviatura, ölçüsü böyüdülmüş sensor, eləcə də əsas klaviatura bloku fonunda nəzərəçarpan əsas klavişlər səviyyəsindən bir qədər aşağıda yerləşən oxlar ilə seçilir. Bundan başqa, "Victus 16" bu yaxınlarda təqdim edilən "Omen" oyun noutbukları ilə müqayisədə daha nazik korpusda hazırlanıb.
Qurğunun texniki xüsusiyyətləri onun daha qənaətcil istifadəçilər üçün nəzərdə tutulduğundan xəbər verir. "Victus 16" noutbukunun əsasını "Tiger Lake-H45" nəslinə aid altınüvəli "Intel Core i5-11400H" prosessoru təşkil edir. Onun maksimal tezliyi avtomatik işləmə rejimində 4,5 giqahersə bərabərdir.