Şirkət Facebook-un reklamlarını öz oyununda göstərə bilməyəcəyini açıqlayıb.
Gent.az xəbər verir ki, ilk olaraq reklamların Blaston döyüş oyununun içərisində yayımlanması planlaşdırılsa da, proqramçılar oyunsevərlərin kəskin etirazı qarşısında geri çəkilib.
Xatırladaq ki, Facebok ötən həftə hələ 2014-cü ildə 2 milyard dollara aldığı Oculus modelli virtual oyun eynəkləri biznesində reklamlara başlayacağını bəyan etmişdi. İlk belə sınaq kimi Blaston oyunu seçilsə də, oyun həvəskarları buna kəskin etiraz edərək, ödənişli oyunlarda reklamların yığışdırılmasını tələb edib və Blaston oyununu ən aşağı - 1 ulduzla qiymətləndiriblər. Nəticədə proqramçı Resolution Games şirkəti dünən yaydığı Tvitter açıqlamasında izləyicilərin tələbini qəbul etdiyini bildirib.
Ötən həftəki Vivatech konfrasında Facebook rəhbəri Mark Zuckerberg hazırda 10 min əməkdaşın virtual reallıq və genişləndirilmiş reallıq (augmented reality) sahsində çalışdığını və bu sektora milyardlarla dollar vəsait yatırdıqlarını açıqlamışdı.(marja.az)