“Sony” şirkəti “PlayStation Portable” (PSP) qurğusunun yeni versiyasını buraxmağı planlaşdırır.
Gent.az xəbər verir ki, məlumata görə, korporasiya oyun həvəskarları dairələrində məşhur olan əfsanəvi “PlayStation Portable” qurğusunu təkrar buraxmaqla portativ qurğular bazarına qayıtmaqda maraqlıdır. Rəhbərliyin fikrincə, şirkət bazarın bu seqmentində əsas məhsulu “Switch” hibrid konsolu olan “Nintendo” ilə rəqabət apara bilər – ona qlobal miqyasda tələbat rəqiblər tərəfindən yeni nəsil qurğular buraxıldıqdan sonra da qalır.
Blogerlərin fikrincə, yeni “PSP” proqramları retro oyunları və remasterlərdən ibarət olacaq. Həmçinin konsol “PlayStation 4” və “PlayStation 5” qurğularındakı “ААА” başlıqlarını işə sala biləcək. Qurğunun “PlayStation Now” abunəsinə qoşulacağı bildirilir.
Jurnalistlər qeyd edib ki, konsolun buraxılış tarixi açıqlanmır. Lakin Yaponiya şirkətinin “PSP” ilə bağlı ciddi planları var.
“PlayStation Portable” 4,3 düymlük ekran, kontroller və “Universal Media Disc” (UMD) optik toplayıcısı dəstəyinə malik portativ oyun konsoludur. Qurğu 12 dekabr 2004-cü ildə buraxılıb.(ICTnews.az)