Daha 4 məktəb koronavirusa görə bağlandı

Hadisə1 dəq oxu
Daha 4 məktəb koronavirusa görə bağlandı

Ağdaş rayonunda koronavirus təhlükəsinə görə bir neçə orta məktəbdə əyani dərslər dayandırılıb, şagirdlər distant təhsilə cəlb olunub.

Rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin 4 müəllimində COVID-19 testinin cavabı pozitiv çıxıb. Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Hazırda dərslər distant şəkildə davam etdirilir. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu dörd məktəbdə dezinfeksiya işləri aparılır. /apa.az/

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan