İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə evdən qaçdı

Hadisə1 dəq oxu
İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə evdən qaçdı

Mayın 4-də İsmayıllı rayon sakini, evli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Arzu Ağazadənin əlamətləri – boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan