Ordumuzun iki hərbi qulluqçusu Laçında həlak oldu

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Hadisə1 dəq oxu
Ordumuzun iki hərbi qulluqçusu Laçında həlak oldu

Ordumuz itki verdi...

Gent.az xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan