Hakerlər xeyli mağazanın fəaliyyətini iflic etdi
İsveçin ən böyük supermarket şəbəkələrindən biri olan "Coop Sweden" haker hücumuna məruz qalıb.

Həmin supermarket şəbəkəsinin 800 mağazası xidmətini dayandırmaq məcburiyyətində qalıb.
Gent.az xəbər verir ki, "Coop Sweden"dən verilən açıqlama isə belə olub:
"Mövcud vəziyyətə görə müştərilərdən üzr istəyirik və mağazalarımızın ən qısa zamanda açılması üçün əlimizdən gələni edəcəyik"
"Coop Sweden" kiberhücum nəticəsində şirkətə deyən ziyan barədə heç bir məlumat verməyib.






