Bakıda övladını diləndirərək narkotik aldığı iddia olunan qadınla bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirərək narkotik alan qadınla bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:
“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.






