Canni Versaçenin qətlinin ildönünümdə onun evində iki cəsəd aşkar edildi

Əfsanəvi italiyalı modelyer Canni Versaçenin ölümünün ildönümündə onun artıq butik-mehmanxana kimi fəaliyyət göstərən imarətində 30 və 31 yaşlarında iki kişinin cəsədi tapılıb.
Məlumata əsasən, onlar odlu silahdan açılan atəşdən ölüblər. Polis ikili özünəqəsd versiyasını istisna etmir. Bu faciənin modelyerin ölümünün ildönümü ilə bağlı olub olmadığı hələ ki məlum deyil.
Qeyd edək ki, “Casa Casuarina” imarəti 1930-cu illərdə “Standrt Oil” şirkətinin varisi Elden Friman üçün tikilib.
1997-ci ildə “Versace” modalar evinin təsisçisi Canni Versaçe imarətin girişində serial qatil Endrü Küenenen tərəfindən qətlə yetirilmişdi. Səkkiz gündən sonra isə qatil özünə qəsd etmişdi.








