Bakıda "Life Centre"nin yerləşdiyi bina YANIR - Küçədə hərəkət dayandı

Hadisə1 dəq oxu
Bakıda "Life Centre"nin yerləşdiyi bina YANIR - Küçədə hərəkət dayandı

Hazırda Bakının Nərimanov F.Xoyski və Ə.Rəcəbli küçələrinin kəsişməsindən Ə.Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma Ə. Rəcəbli küçəsindəki binada baş verən yanğın səbəbindən tətbiq edilib.

***

15:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin binada "Life Centre" ticarət mərkəzi yerləşir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan