Qurbanları arasında Eşton Kutmerin sevgilisi olmuş “Hollivud canisi” edama məhkum edildi

“Hollivud canisi” kimi məşhur olan serial qatil Maykl Qarculo edama məhkum edilib.

Hadisə1 dəq oxu
Qurbanları arasında Eşton Kutmerin sevgilisi olmuş “Hollivud canisi” edama məhkum edildi

“Hollivud canisi” kimi məşhur olan serial qatil Maykl Qarculo edama məhkum edilib.

Los-Ancelesin Ali hakimi Larri Fidler ona hökm oxuyarkən Qarculonun cinayətlərini “dəhşətli və qorxunc” adlandırıb.

“Mister Qarculo hara gedirdisə arxasında ölüm və dağıntılar qalırdı”, - deyə hakim əlavə edib.

Bu cani ən azı 10 qızın qətlində günahkardır. Maykl qonşuluqda yaşayan gənc və cəlbedici qadınları izləyirmiş. Sonra onların evinə daxil olaraq Qarculo onları zorlayıb vəhşicəsinə qtələ yetirirmiş. Qeyd etmək lazımdır ki, Maykl Qarculo qadınları çoxsaylı bıçaq zərbəsi endirməklə öldürürmüş.

Hökm ona sübut edilən iki qətl sayəsində oxunub. Söhbət 2005-ci ildə qətlə yetirilən 32-yaşlı Mariya Brunodan və 2001-ci ildə öldürülən 21 yaşlı Eşli Ellerin (Eşton Kutçerin sevgilisi) gedir.

Həmçinin Maykl Qarculo 2008-ci ildə bir qadını qətlə yetirmək cəhdində ittiham edilib.

Öz evində 47 bıçaq zərbəsi ilə qətlə yetirilən Ellerin həmin gecə Eşton ilə görüşə hazırlaşırmış. 2019-cu ildə məşhur aktuor (“Kəpənək effekti”) məhkəmədə ona qarşı ifadə verib.

Qurbanları arasında Eşton Kutmerin sevgilisi olmuş “Hollivud canisi” edama məhkum edildi — şəkil 1

İlk qətlini cani 1993-cü ildə edib. O, 18-yaşlı Trişiya Patsatsionun zorlayaraq amansızcasına öldürüb. Gözlənilir ki, Maykl Qarculo bu cinayətlə bağlı İllinoys ştatında da məhkəmə qarşısında cavab verəcək.

O, 2008-ci ildə həbs edilib. Uzun müddət qatil günahını boynuna almırdı. Məhz buna görə məhkəmə ölüm hökmü qərarı vermək istəmirdi. Lakin 2019-cu ildə Eşton Kutçerin çıxışından sonra serial qatil cinayətlərini etiraf edib.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan