Azərbaycanda zəlzələ olub
İmişli rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Gent.az xəbər verir ki, zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:28-də Saatlı stansiyasından 15 kilometr şimalda, İmişli rayonunda yeraltı təkanlar qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi isə 52 kilometr olan zəlzələ hiss olunmayıb.







