8-ci sinif şagirdinin ölümünə səbəb nə olub? - AÇIQLAMA

Hadisə1 dəq oxu
8-ci sinif şagirdinin ölümünə səbəb nə olub? - AÇIQLAMA

Ötən gün Xaçmazın Xudat şəhərindəki İbrahim Məlikov adına 5 saylı məktəbdə dərs zamanı ölən 8-ci sinif şagirdi Xədicə Rəcəbovanın ilkin ölüm səbəbi ağciyər və ürək çatışmazlığıdır. 

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsindən Bizim.Media-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, tibbi ekspertizanın rəyindən sonra məktəblinin ölüm səbəbi tam  aydın olacaq. 

Qeyd edək ki, hadisə idman dərsində olub. Qəfildən özünü pis hiss edən Xədicə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Xaçmaz rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb. 

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan