Castin Biberin təşkil etdiyi partidə atışma baş verib

Məşhur kanadalı ifaçı Castin Biberin təşkil etdiyi şənlik məclisində atışma baş verib, dörd nəfər xəsarət alıb.

Hadisə1 dəq oxu
Castin Biberin təşkil etdiyi partidə atışma baş verib

Şənlik məclisi Hollivuddakı "The Nice Guy" klubunda keçirilib.

Gent.az xəbər verir ki, partidə Leonardo DiKaprio, Tobi Maquayr, Kendal Cenner kimi aktyorlar da dəvət edilib.

Gecə saatlarında şənliyin keçirildiyi binanın qarşısında atışma başlayıb.

Dörd zərərçəkən xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, atəş açan şəxs hələ də tapılmayıb.

İnsident nəticəsində tanınmışlar arasında xəsarət alanların olmadığı bildirilir.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan