Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti elan etdi

Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır.

Hadisə1 dəq oxu
Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti elan etdi

Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində "Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.

Gent.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rudnya (Belarus)-Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.

"Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, - vurğulanıb.

Qeyd edilib ki, Putivl bölgəsində Rusiya tanklarının hücumu dayandırılıb, Vışqorod səmasında qarşı tərəfin KA-52 helikopteri vurulub.

Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı uğrunda döyüşlər gedir.(qaynarinfo.az)

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan