Ukraynalı deputat Xarkovda həlak oldu
Boqoduxov Şəhər Şurasının deputatı Serqey Qluşenko Xarkovun müdafiəsi zamanı həlak olub.

Bu barədə Boqoduxov Şəhər Şurasının saytında məlumat verilib.
Gent.az xəbər verir ki, “Xarkovun qəhrəmancasına müdafiəsi zamanı həmyerlimiz, həmkarımız, şəhər sovetinin deputatı, Oleksandrovka kəndinin keçmiş sədri Serqey Qluşenko həlak olub”, - deyə məlumatda bildirib.
Qeyd olunub ki, şəhər icması əsl vətənpərvər, cəsur və məsuliyyətli bir insanı, ailəsi isə qayğıkeş ata və həyat yoldaşını itirib.(Oxu.az)







